Bu gündən Lökbatan susuz qalacaq

15:03 02.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gündən 4 iyun günorta saatlarına qədər Qaradağ rayonu Lökbatan qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Hafta.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib. Məlumata görə, fasiləyə səbəb yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işlərinin aparılmasıdır.