Bu hesabatlar daha çox təzyiq vasitəsidir - Ekspert

15:21 25.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

ABŞ Dövlət Departamenti 2023-cü il üzrə insan haqlarına dair hesabatını açıqlayıb. ABŞ-ın hesabatlarının ölkələrdəki vəziyyəti nə dərəcədə real əks etdirməsi birmənalı qarşılanmır.

Bu istiqamətdə hafta.az-a açıqlama verən hüquqşünas Əli Mustafa qeyd edib ki, insan haqlarının vəziyyəti ilə bağlı hesabat yayımlayan ABŞ-ın geniş resursları var. Onun sözlərinə görə, ABŞ-ın bütün ölkələrdəki səfirlikləri, eləcə də yerli QHT-lər, müəyyən qurumlar və ictimai-siyasi təşkilatlarla, şəxslərlə əməkdaşlığı hər bir dövlətdə vətəndaşın vəziyyəti barədə məlumatlar almağa imkanlar yaradır.

Hüquqşünas hesab edir ki, əslində dünyada insan haqlarının necə olmasını öyrənən belə bir qurumun olması yaxşı haldır. Amma bu hesabatın BMT tərəfindən hazırlanması daha doğru olardı.

“Sanki ABŞ BMT-nin funksiyasını öz üzərinə götürüb və təəccüb doğuracaq məqamlardan biri də budur. ABŞ-ın insan hüquqları ilə bağlı hazırladığı hesabatlar real vəziyyəti dəyişməyə deyil, təzyiq mexanizmi kimi istifadə edilir. Hesabatlar hazırlanır, amma onun praktik nəticələri barədə heç bir fikir yoxdur. Ola bilsin hansısa formada rəsmi, dövlət qurumları ilə əlaqələr saxlanılır, siyasi məsələlərin həll olunmasında bir alət kimi istifadə olunur. Ona görə də bu hesabatlar dünya dövlətlərində insan haqlarının dəyişməsindən, faydasından çox Birləşmiş Ştatların öz maraqlarına xidmət edir. ABŞ bununla da demokratiya, insan haqları ilə bağlı vəziyyətə nəzarət edir və bunun üzərindən dövlətlərin siyasətinə öz maraqları, davranışları ilə bağlı təsir göstərir”.

Ə.Mustafa ABŞ-ın hazırladığı hesabatların ölkələrdə vətəndaşların insan haqlarına faydasını müşahidə etmədiyini deyib. O, bildirib ki, ABŞ dünyada özünə “demokratiyanın dayağı” imicini formalaşdırmağa çalışır.

“ABŞ həmişə özünü dünyanın lider dövləti hesab edir. Hesab edir ki, bunun şərtlərindən biri də digər ölkələrdə insan haqlarının qoruyucusu rolunda çıxış etməkdir”.

Oxunma sayı 82
Siyasət rubrikasından digər xəbərlər