Bu il 1681 yol-nəqliyyat hadisəsi baş verib

15:41 25.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin 11 ayı ərzində respublika ərazisində 1681 yol-nəqliyyat hadisəsi baş verib.

Bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polkovnik Kamran Əliyev deyib.

O bildirib ki, qəzalar nəticəsində 738 nəfər həlak olub, 1535 nəfər isə xəsarət alıb. Bu qəzalardan 42,7 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 298 nəfər ölüb.