Bu il Baş Prokurorluq 1423 sorğunu cavablandırıb

16:21 13.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ilin 9 ayı ərzində Baş Prokurorluq kütləvi informasiya vasitələrinin 1 423 sorğusunu cavablandırıb.

Hafta.az-ın məlumatına görə, bunu Baş prokurorun müavini Heydər Məmmədov deyib.

O bildirib ki, hesabat dövründə prokurorluq 819 məlumat hazırlayaraq qurumun rəsmi saytında dərc edib: "Həmin məlumatlar kütləvi informasiya vasitələrində işıqlandırılıb. Prokurorluq, həmçinin ayda 1 dəfə vətəndaşların sorğularını cavablandırmaq üçün "Sual-cavab" rublikası yaradıb.

Həm müharibə dövründə, həm də müharibədən sonra suallar cavablandırılıb. Burda narkotiklər, dəm qazından boğulma və sair mövzularla bağlı suallar cavablandırılıb".