Fitch Ratings, Türkiyə də daxil olmaqla, doqquz ən böyük inkişaf etməkdə olan ölkəyə kapital axınının bu il 200 milyard dollara çatacağını və son 10 ilin ən yüksək səviyyəsinə yüksələcəyini proqnozlaşdırıb.
Hafta.az-ın yazdığına görə, “İnkişaf etməkdə olan bazarlara xalis kapital axınları güclü şəkildə bərpa olunacaq” adlı təhlilində Fitch Ratings “Qlobal İqtisadi Görünüş” hesabatına daxil edilmiş doqquz inkişaf etməkdə olan ölkəyə diqqət yetirərək, ən böyük inkişaf etməkdə olan bazarlara xalis özəl kapital axınındakı tendensiyaları araşdırıb.
Bu ölkələrə Türkiyə, Meksika, Cənubi Koreya, Cənubi Afrika, Braziliya, Polşa, Hindistan, İndoneziya və Rusiya daxildir.
Təhlildə Çindən başqa inkişaf etməkdə olan bazarlara xalis kapital axını dörd kateqoriyadan ibarət olub: birbaşa xarici investisiyalar, portfel kapitalı, portfel borcu və bank hərəkətləri.
Müvafiq olaraq, inkişaf etməkdə olan bazarlarda inkişaf etmiş iqtisadiyyatlarla müqayisədə daha yüksək böyümə gözlənilir. Eləəc də ABŞ Federal Ehtiyat Sisteminin bu il faiz dərəcələrini aşağı salacağına dair gözləntilər səbəbiylə, inkişaf etməkdə olan bazarlara xalis kapital axını bu il 2013-cü ildən bəri ən yüksək səviyyədə - 200 milyard dollara çatacaq.
Beləliklə, inkişaf etməkdə olan bazarlara kapital axını bu il güclü şəkildə bərpa olunacaq və bu ölkələrdə ÜDM-in 2,2 faizini təşkil edəcək.
Birbaşa xarici investisiyalar inkişaf etməkdə olan bazarlara kapital axınının əksəriyyətini təşkil etsə də, investisiya istiqamətləri arasında zamanla daimi xalis kapital axını qeydə alan ölkələr kimi Hindistan, Braziliya, Meksika və İndoneziya seçiləcək.
Bu doqquz inkişaf etməkdə olan bazara kapital axını 2007-ci ildə 408 milyard dollara çatdığı halda, bu rəqəm ölkələrin ümumi daxili məhsulunun (ÜDM) təxminən 5 faizinə uyğundur. Bu ölkələrə kapital axını 2015-ci ildən bəri əhəmiyyətli dərəcədə zəifləyib.
Son iki ildə doqquz inkişaf etməkdə olan bazara kapital axını dəyişkən olsa da, 2022-ci ildə mənfiyə çevrilib və 2023-cü ilin üçüncü rübündən etibarən Rusiyadan xaricə axının artması səbəbindən bərpa olunmağa başlayıb.