Bu il qar ehtiyatı normadan azdır

14:22 22.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin və Naxçıvan MR Hidrometeorologiya İdarəsinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində aparılan qarölçmə işləri başa çatıb.

Bu barədə hafta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirib ki, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 36 marşrut üzrə aparılan qarölçmələr zamanı hər bir marşrut üzrə qar örtüyünün hündürlüyü, çəkisi  təyin edildikdən sonra qarın sıxlığı və sululuğu müəyyən olunub.

Qarölçmə işlərinin nəticələrinə əsasən bu il qar ehtiyatı çoxillik normadan az, lakin ötən illə müqayisədə çox olub. 

Oxunma sayı 30