Milli Turizm Agentliyinin məlumatına əsasən, 2024-cü ilin iki rübünün göstəricilərinə əsasən, Gürcüstana 2 milyon 123 min 816 beynəlxalq səfər baş tutub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.
Hafta.az-ın yazdığına görə, Avropa İttifaqı ölkələrindən və Böyük Britaniyadan Gürcüstana beynəlxalq səfərlərin 13,3 faiz artdığı deyilir.
Agentliyin məlumatına əsasən, yanvar-iyun dövründə Avropa İttifaqı ölkələrindən və Böyük Britaniyadan Gürcüstana ümumilikdə 183355 beynəlxalq səfər baş tutub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artım deməkdir.
Gürcüstana gələn turistlər arasında Fransa vətəndaşları 30,3 faiz, Almaniya vətəndaşları 24,3 faiz, Böyük Britaniya vətəndaşları isə 16,3 faiz olub.
Milli Turizm Agentliyinin məlumatında, bu ilin altı ayında Fars körfəzi ölkələrindən turist səfərlərinin sayının 38,8 faiz artdığı deyilir.
Yanvar-iyun dövründə Fars körfəzi ölkələrinin yüksək xərcli turizm bazarlarından Gürcüstana 42905 beynəlxalq səfər baş tutub, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 38,8 faiz çoxdur. Bölgə turistlərinin 44,3 faizi Səudiyyə Ərəbistanından, 45,8 faizi Küveytdən və 29,7 faizi Qətərdən gəlib.
Beynəlxalq səyahətçilərin və beynəlxalq turist səfərlərinin sayı Ümumdünya Turizm Təşkilatının tövsiyəsi əsasında hazırlanmış metodologiyaya əsasən tərtib edilir.