Bu instituta direktor müavini təyin edildi

12:45 05.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub. O həmçinin institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Hafta.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.

 

Qeyd edək ki, o, 2010-cu ildən etibarən SOCAR-ın Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda müxtəlif vəzifələrdə fəaliyyət göstərib, son təyinatadək Analitik Tədqiqatlar Laboratoriyasının müdiri olub.