Bu kanal yayımını dayandırır

15:56 20.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün günün ikinci yarısında “Azad Azərbaycan” telekanalının yayımı müvəqqəti dayandırılacaq.

Hafta.az xəbər verir ki, bununla bağlı “Azad Azərbaycan”ın feysbuk səhifəsində paylaşım edilib.

“Azad Azərbaycan” MTRK-nın serverlərində planlaşdırılmış profilaktik işlərlə bağlı rəqəmsal platformalardan yayım (“stream”) və bu yayımı istifadə edən digər platformalarda canlı yayım (“stream”) fevralın 20-si günün ikinci yarısında müvəqqəti dayandırılacaq”, - paylaşımda qeyd olunub.