Bu ölkə Rusiya ilə müharibəyə hazırlaşır - ƏHALİ TƏLİMLƏRƏ CƏLB EDİLDİ

15:04 09.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Polyakların təxminən 94 faizi Rusiyanı ciddi təhlükə hesab edir və ona qarşı hərbi əməliyyatlara hazır olduqlarını bildirirlər. Belə məlumatları Pentaqonun gündəlik “Stars and Stripes” qəzeti təqdim edir.

Nəşr qeyd edir ki, hazırda Polşada ölkənin Müdafiə Nazirliyinin sıravi vətəndaşların da cəlb olunduğu “Ordu ilə birgə” adlı təlimləri keçirilir.
Onlarda müxtəlif peşələrin nümayəndələri iştirak edirlər. Oktyabr və noyabr aylarında 18 yaşdan 65 yaşa qədər 3500-dən çox Polşa vətəndaşı kurslarda iştirak edib.

"İnsanlar həyəcan sirenlərinin səsinə necə reaksiya verməyi, əsl silahı necə tutmağı və doldurmağı, qaz maskasından necə istifadə etməyi öyrənməyə və bilməyə can atırlar" deyib Polşanın Müdafiə Nazirliyinin sözçüsü Michala Tomczyk.

Bundan əlavə, qəzetin məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin on minə yaxın əsgəri Polşa ərazisində yerləşdirilib.

Polşanın müdafiə nazirinin müavini Marçin Ocepa daha əvvəl Varşavanın da iştirak etdiyi müharibə ehtimalının yüksək olduğunu bildirmişdi. O qeyd edib ki, iyirminci əsrin tarixinə nəzər salmaq bizi dünya dövlətlərinin mövcud münasibətlərini ikinci soyuq müharibə kimi qəbul etməyə vadar edir. Bununla yanaşı, Oçepa qeyd edib ki, eskalasiya riski çox ciddi olaraq qalır. O, həmçinin əlavə edib ki, hazırda NATO ilə müharibə, eləcə də Çin və ABŞ arasında münaqişə ehtimalı çox yüksəkdir.

Oxunma sayı 3344