Bu rayonda aliment ödəməyən kişilərin sayı 0 göstərilib

15:52 19.05.2026 Müəllif:Arzu Zeynallı
Yazını böyüt
Yazını kiçilt

"Yerli icra hakimiyyətləri ilə işləyirik, amma çox çətin işləyirik. Hər il məişət zorakılığı ilə bağlı sorğular, hesabatlar alırıq. Bizə rayonlardan verilən statistikaya baxıram. Rayon aliment ödəməyən kişilərin sayını 0 göstərib. Demək ki, heç maraqlanmayıb".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən komitə iclasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib

"İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb. Elə bir rayon varmı ki, orada aliment ödəməyən valideyn olmasın. Belə bir şey yoxdur".