Bu stansiyalarda platformalar yenilənir

18:00 31.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləcəri, Xırdalan və Qəbələ stansiyalarında yeni alınan Stadler “FLIRT” qatarlarına dayanacaq verilməsi üçün platformalar müvafiq standartlara uyğun yenilənir.

Hafta.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə ikimərtəbəli “KISS” markalı Stadler qatarlarının dayanması üçün uyğunlaşdırılmış hündür platformalarda həm də birmərtəbəli “FLIRT” markalı qatarların dayanması, sərnişinlərin rahat düşüb-minməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə daha aşağı hündürlüklü əlavə hissələr tikilir.

 

Ərazidə aparılan tikinti işlərinin təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün həmin platformalardan keçərkən qatarların hərəkət sürəti qismən endirilir.