Bu universitetin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub

13:21 23.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tədris başlayandan indiyə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 100-ə yaxın tələbə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Bu barədə hafta.az-a ADPU-nun mətbuat xidmətinin rəhbəri Cavid Hüseynov bildirib.

Onun sözlərinə görə, indiyə qədər 39 qrup distant təhsilə keçib.

"Bir hissəsi artıq karantindən geri qayıdıb. Son 2 gündə daha 6 qrup ənənəvi tədrisə geri qayıdıb"-, deyə o qeyd edib.