Bu xəstəliyin də müalicəsi pulsuz olacaq

14:17 26.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda sonsuzluğun müalicəsi icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilə bilər.

Hafta.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, sonsuzluğun müalicəsi hələ ki, xidmətlər zərfinə daxil edilməyib.

“Amma bu, gələcəkdə xidmətlər zərfinə daxil ediləcək. Bu, artıq nəzərdə tutulub. Amma uşaqla bağlı hər hansı xəstəliklərin müalicəsi, əməliyyatlar xidmətlər zərfində var”, - deyə Z.Əliyev vurğulayıb.