Bu yollarda tıxac var - SİYAHI

09:00 23.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının bir sıra yollarında sıxlıq yaranıb.

Hafta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla paytaxtın hazırda sıxlıq müşahidə edilən yollarının siyahısını təqdim edir:

1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından "20 Yanvar" metrostansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;

6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən akademik Həsən Əliyev küçəsi istiqamətində;

8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Bülbül prospekti, "Sahil" metrostansiyasının qarşısında;

14. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində.