Yazını böyüt
Yazını kiçilt
Dənizkənarı Milli Park yaxınlığında batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bildirir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında 1 nəfərin dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.