Buraxılış imtahanının doğru cavab etalonları AÇIQLANDI

17:06 08.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2024-cü il aprelin 7-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.

Bu barədə hafta.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.