Beynəlxalq Valyuta Fondu (BVF) “Dünya İqtisadi Görünüş Hesabatı”nın iyul buraxılışını “Qlobal iqtisadiyyat çətin vəziyyətdədir” başlığı ilə dərc edib.
Hafta.az-ın yazdığına görə, hesabatda qlobal iqtisadiyyatın aprel ayında verilən proqnozlara uyğun olaraq 2024-cü ildə 3,2 faiz artacağı gözlənilir.
BVF-nin hesabatında qlobal iqtisadiyyatın gələn il 3,3 faiz artacağı təxmin edildiyi bildirilib. Fondun aprel ayı üzrə proqnozlarında qlobal iqtisadiyyatın 2025-ci ildə 3,2 faiz artacağı proqnozlaşdırılırdı.
Ölkələrin iqtisadi artım proqnozlarının da paylaşıldığı hesabatda Türkiyə iqtisadiyyatının bu il 3,6, gələn il isə 2,7 faiz böyüməsinin gözlənildiyi qeyd edilib.
BVF aprel ayı proqnozlarında Türkiyə iqtisadiyyatının 2024-cü ildə 3,1 faiz, 2025-ci ildə isə 3,2 faiz artacağını proqnozlaşdırmışdı.