Cavid Qurbanov nazir müavini təyin olundu - Sərəncam

21:00 24.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev C.Q.Qurbanovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Sərəncam verib.

Hafta.az xəbər verir ki, Sərəncamla Cavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxunma sayı 196