Çavuşoğlu NATO XİN başçılarının fövqəladə iclasına qatılacaq

15:58 03.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirlərinin fövqəladə iclasında iştirak edəcək.

Hafta.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata görə, martın 4-də Brüsseldə keçiriləcək NATO Xarici İşlər Nazirlərinin iclasında Ukraynada baş verənlərin müzakirə ediləcəyi nəzərdə tutulur.

Bundan əlavə, Çavuşoğlu görüş çərçivəsində bəzi həmkarları ilə də ikitərəfli görüşlər keçirəcək.