Cəbrayılın Soltanlı kəndi belə olacaq - FOTO

17:25 24.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, ümumi sahəsi 398,82 hektar olan və 6100 nəfərdən ibarət 1525 ailənin yaşayacağı bu ərazidə həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Burada, ümumilikdə, 496 fərdi yaşayış evinin tikintisi təklif olunur. Bununla yanaşı, kənddə 1044 mənzildən ibarət 4 və 5 mərtəbəli çoxmənzilli yaşayış binaları da inşa ediləcək.

Həmçinin kənd ərazisində inzibati bina, klub-icma mərkəzi, məktəb binası, bağça, xəstəxana, idman-sağlamlıq mərkəzi, hotel, ticarət və ictimai-iaşə obyektlərinin inşası planlaşdırılıb. Burada tikintisi nəzərdə tutulan yaşayış evləri və sosial obyektlərin memarlıq-planlaşdırma və mühəndis-texnoloji həllərində “ağıllı kənd” yanaşmaları tətbiq olunacaq.

 

Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə baş planda kənd təsərrüfatı məhsullarının saxlanma anbarları, qablaşdırma və toxuculuq sexi, sənətkarlıq emalatxanaları, iri və xırdabuynuzlu heyvanların saxlandığı fermalar və digər müəssisələr üçün ərazilər nəzərdə tutulub.

Qeyd edək ki, Soltanlı kəndinin Baş plan layihəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən “KESZ” şirkətlər qrupu və “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb.

Oxunma sayı 156