Yazını böyüt
Yazını kiçilt
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə şəhər ərazisində fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən artıq olduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarının pozulduğuna görə toyun təşkilatçısı Ə.Nəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.