Cəlilabadda iki nəfər kanalda boğuldu

17:14 29.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda iki nəfər kanala düşərək boğulub.

Hafta.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

İki nəfərin kanala düşərək boğulduğu bildirilir. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.