Cəlilabadda ovçuluq təsərrüfatı ərazisində YANĞIN

13:39 02.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonu ərazisində yerləşən su-bataqlıq ərazilərindən birində yerləşən ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.

Hafta.az xəbər verir ki, yanğın quru ot və qamışlıq sahəsinin alovlanması nəticəsində baş verib. Yanğın yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi işləri görülür. Yanğının səbəbi ilə bağlı araşdırma aparılır.