Cəlilabadda sakinlər qanunsuz silahları təhvil veriblər

17:53 24.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayon sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil veriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan hafta.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 3 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.