Yazını böyüt
Yazını kiçilt
Cənubi Koreya və ABŞ-ın bu ayın sonunda ABŞ-ın F-35B gizli qırıcılarının da daxil olduğu genişmiqyaslı hava təliminə başlayacağı açıqlanıb.
Hafta.az bildirir ki, Şimali Koreyanın ardıcıl raket sınaqları və yeni nüvə sınaqları təhdidi bölgədə təhlükəsizlik narahatlığını artırmasl fonunda Cənubi Koreya və ABŞ-ın bu ayın sonunda geniş miqyaslı hava təliminə başlayacağı bildirilib.
Təlimin 31 oktyabr-4 noyabr tarixləri arasında Cənubi Koreya hava məkanında keçiriləcəyi bildirilərkən, Cənubi Koreya Hərbi Hava Qüvvələrinin F-35A, F-15 və KF-16 döyüş təyyarələri də daxil olmaqla, təxminən 140 döyüş təyyarəsini səfərbər edəcəyi açıqlanıb.