Yazını böyüt
Yazını kiçilt
Cənubi Koreyada matəm elan edilib.
Hafta.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, ölkə Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar milli matəm elan edib.
Məlumata görə, Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda azı 151 nəfər həlak olub. 19-u əcnəbi olmaqla, daha 82 nəfər xəstəxanaya yerləşdirilib. Yaralananlardan 19 nəfərin vəziyyəti ağırdır.
Bundan başqa, ölənlər arasında iki əcnəbi də var. Onların milliyyəti barədə məlumat verilmir.