Çexiya ilə Rusiya arasında təhlükəli polemika

11:05 24.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqına üzv olan Çexiya ilə Rusiya arasında “təhlükə” polemikası var.

Hafta.az-ın yazdığına görə, Çexiya prezidenti Petr Pavel bildirib ki, Rusiya Avropa üçün təhlükədir və Avropa Birliyinin bütün orduları mümkün münaqişəyə hazırlaşır.

Pavel bəyan edib ki, təkcə ölkəsi deyil, həm də NATO Rusiyanı Avropa üçün bir nömrəli təhlükə görür.

Çexiya prezidentinin bu sözlərinə Rusiyadan sərt cavab gəlib. Kremlin sözçüsü Dmitri Peskov prezident Petr Pavelin açıqlamalarına cavab olaraq bildirib ki, Rusiyanın Avropa üçün təhdid olduğu iddiasını qətiyyən qəbul etmirlər, əksinə vəziyyət tam tərsinədir. Peskov Avriopa İttifaqının ABŞ-ın nəzarətində olduğunu və Rusiyanı təhdid etdiyini, İttifaqa üzv ölkələrin də NATO-nun üzvü olduğunu bildirib. “Əsl təhlükə NATO-dan bizə qarşı gəlir", - Peskov deyib.