Çexiyada təlim keçən ukraynalılar Kiyevə qayıdır

19:45 22.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çexiyada təlim keçən hərbi qulluqçular Ukraynaya qayıtmağa başlayıb. Bu barədə Praqa radiosu ölkənin silahlı qüvvələrinə istinadən yazır.

Bu, Çexiya ordusunun Olomouc bölgəsindəki Libava poliqonunda müvafiq təlim keçən ukraynalı əsgərlərin ilk rotasiyasıdır. Dekabrın 22-si cümə axşamı onlar səhər evə gediblər. Nə qədər hərbçinin yenidən hazırlıq keçdikdən sonra Ukraynaya qayıtdığı açıqlanmır.

Çexiyada “Ukraynalılar müstəqil şəkildə hərbi əməliyyatlar aparmaq, öz ərazilərini və suverenliyini effektiv müdafiə etmək üçün təlim keçiblər”, radio deyir. Təlim missiyası ümumavropa xarakterli olmaqla yanaşı, həm də Çexiyanın milli müdafiə maraqlarına xidmət edir.

Avropa İttifaqı noyabrın ortalarında 15 min Ukrayna əsgəri üçün təlim missiyasına başladığını elan edib. Onlar iki il müddətində təlim keçəcəklər. Ukraynadan olan 1,1 min əsgər hazırda Polşada təlim keçir.