Ceyhun Bayramov Almaniyanın dövlət katibi ilə görüşüb

15:23 29.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Berlində səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın dövlət katibi Tomas Bagger ilə ikitərəfli görüş keçirib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Almaniya arasında ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə ediblər.

Azərbaycanlı nazir almaniyalı rəsmini Ermənistan XİN rəhbəri ilə apardığı müzakirələr barədə də məlumatlandırıb.

Oxunma sayı 40
Siyasət rubrikasından digər xəbərlər