Ceyhun Bayramov Qətərə getdi

14:25 29.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

29 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

XİN-dən hafta.az-a verilən xəbərə görə, səfər çərçivəsində nazirin 30 aprel tarixində Doha şəhərində keçiriləcək Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında iştirak və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Siyasət rubrikasından digər xəbərlər