Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

19:49 12.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin 12 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.