Çimərliklərdə 6 nəfər batıb

12:46 29.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dalğıc-axtarış qrupları batan şəxslərin axtarışlarına cəlb olunub

Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazilərdə 4 nəfər, Xəzər rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfər və Abşeron rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfər batıb. 

Hafta.az xəbər verir ki, bu barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları batan şəxslərin axtarışlarına cəlb olunub. Əlavə məlumat veriləcək.