Yazını böyüt
Yazını kiçilt
Çin BMT-dən yan keçərək birtərəfli sanksiyaların tətbiqinə qarşıdır. Belə ki, cümə günü Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Aİ-nin İrana qarşı sanksiyaları ilə bağlı məlumatları şərh edib.
"Çin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən və beynəlxalq hüquqa əsaslanmayan qeyri-qanuni birtərəfli sanksiyalara qarşıdır", - Vanq deyib.
Onun sözlərinə görə, Çin bütün tərəfləri Ukraynadakı münaqişənin diplomatik yolla həllinə yönəlmiş səylərə töhfə verməyə çağırır. Vanq Venbin həmçinin Ukraynada vəziyyətin deeskalasiyasına birgə kömək etməyin zəruriliyini qeyd edib.