Yazını böyüt
Yazını kiçilt
Çin dəmir yolları sərnişin və yük daşımalarının həcmi baxımından dünya lideri oldu.
Hafta.az-ın yazdığına görə, bu ilin ilk altı ayı ərzində Çində cəmi 1,92 milyard ton yük daşınıb və yük daşıma həcmi 1 trilyon 577 milyard 685 milyon ton-kilometri keçib.
Bu məlumatlar göstərir ki, Çin dəmir yolları yüklərin, eləcə də sərnişin daşımalarının həcmi göstəricilərinə görə dünya lideridir.
"Sərnişin daşımalarında Çində ilin ilk yarısında gündə orta hesabla 10256 sərnişin qatarı səfəri həyata keçirilib və bu sahədə illik orta hesabla 9,4 faiz artım olub".