Çində hökumət işçilərinə iPhone-dan istifadə qadağan edilib

15:01 06.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın bir çox ölkəsinin Çin sosial media platforması TikTok-u qadağan etmək qərarından sonra Pekindən də oxşar addım gəlib.

 ABŞ-da yerləşən “Wall Street Journal” qəzetinin xəbərinə görə, Çin hökumətinə bağlı qurumlarda çalışanlara ABŞ-da yerləşən “Apple” şirkətinin istehsalı olan iPhone və digər xarici markalı cihazlardan iş yerində istifadə etmək və onları ofisə gətirmək qadağan edilib. Xəbərdə sözügedən təlimatın ötən həftələrdə yüksək səviyyəli rəhbərlər tərəfindən işçilərə verildiyi, lakin müraciətin əhatə dairəsi ilə bağlı kifayət qədər məlumat olmadığı bildirilib.

Apple-ın ən böyük bazarlarından biri olan Çində hökumət son illərdə məlumat təhlükəsizliyi ilə bağlı tədbirlər görüb və şirkətlər üçün yeni qanunlar və şərtlər tətbiq edib.