HRW Çinin Ningxia Muxtar Bölgəsində və Qansu əyalətində müsəlman icmalarına məxsus ibadət yerlərinin dağıdılması ilə bağlı hesabat dərc edib.
Hafta.az-ın yazdığına görə, hesabatda iddia edilir ki, “Çin iqtidarı müsəlmanların ibadətini məhdudlaşdırmaq səyləri çərçivəsində məscidləri bağlayıb, söküb və ya başqa fəaliyyət funksiyasını dəyişdirib”.
Hesabatda 2016-cı ildə prezident Si Cinpinin dinlərin “sinfləşdirilməsi” çağırışından sonra İslam üzərində dövlət nəzarətinin gücləndiyi iddia edilir və “birləşən məscidlər” adı altında ibadət yerlərinin sayı azaldılır.
Hesabatda qeyd olunub ki, mövcud hökumət sənədləri Çinin Sincan-Uyğur Muxtar Bölgəsindən sonra ən çox müsəlman əhalisi olan Ningxia Muxtar Bölgəsi və Qansu əyalətindəki məscidlərin "birləşdirildiyini" göstərir.
HRW-nin Ningxiadakı çinli müsəlman azlıq icması Hui tərəfindən internetdə paylaşılan video və fotoşəkilləri araşdırdığı, peyk görüntülərindən istifadə etdiyi bildirilən hesabatda, iki kənddəki 7 məsciddən 4-nün əhəmiyyətli dərəcədə zərər gördüyü ifadə edilib, 3 əsas binanın dağıdıldığı, birində isə dəstəmaz aldığı yerin zədələndiyi qeyd edilib.
Xəbərdə sözügedən kəndlərdəki 7 məscidin günbəz və minarələrinin Çin səlahiyyətliləri tərəfindən söküldüyü iddia edilib.
Hesabatda Çin hökumətinin “məscidlərin birləşdirilməsi” siyasətinin xüsusilə yoxsul və kənd yerlərində yaşayan müsəlmanlar üzərində “iqtisadi yükü azaltmaq” məqsədi daşıdığını iddia etdiyi, hökumətin məscidlərə qarşı hərəkətlərinin bu bölgələrdə kəndlilərin köçürülməsi, yəni bir neçə kəndin bir kənddə birləşdirilməsi ilə həyata keçirildiyi vurğulanıb.
Hesabat xüsusi olaraq İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələri və xarici hökumətləri Çinə "məscidlərin birləşdirilməsi" siyasətini və daha geniş "Sinizm" kampaniyasını dayandırması üçün təzyiq göstərməyə çağırıb.
HRW-nin Çin Ofisi direktorunun müavini Maya Vanq, "Çin hökuməti iddia etdiyi kimi, məscidləri "birləşdirmir", dini azadlıqları pozaraq bir çoxunu bağlayır. Çin hökumətinin məscidlərin bağlanması, sökülməsi və başqa yerə köçürülməsi ölkədə İslamın tətbiqinin qarşısını almaq cəhdidir və sistematik səylərin bir hissəsidir" deyib.
Vanq iddia edib ki, hökumətin “Sinizm” siyasəti təkcə müsəlmanların deyil, ölkədəki digər dini icmaların da dini azadlıqlarına məhəl qoyulmadığını göstərir.