Çin avtomobillərinin Rusiyaya ixracı 7 dəfədən çox artaraq 11,5 milyard dollara çatıb.
Hafta.az-ın Çin Baş Gömrük İdarəsinin məlumatlarına istinadən yazdığına görə, Çinin Rusiyaya sərnişin daşınması üçün avtomobil və digər motorlu nəqliyyat vasitələrinin ixracı 2023-cü ildə 7 dəfədən çox artaraq 11,5 milyard dollara çatacaq.
2022-ci ildə bu rəqəm 1,6 milyard dollar civarında idi.
Çin Gömrük İdarəsinin məlumatlarına görə, keçən il Çindən Rusiyaya 262,6 milyon dollar həcmində 8500 ədəd birbaşa elektrikli avtomobil tədarükü edilib. Hansı ki, 2022-ci ildə Çindən 53,4 milyon dollar dəyərində 3,11 min elektrikli avtomobili ixrac edilib.
Ötən həftə Çin Sərnişin Vasitələri İstehsalçıları Assosiasiyası Çinin 2023-cü ildə Yaponiyanı keçərək ilk dəfə dünyanın ən böyük avtomobil ixracatçısı olacağını bildirib.
Çində istehsal edilən minik avtomobillərinin ixracı əvvəlki illə müqayisədə 62 faiz artaraq 3,83 milyon ədədlə rekord səviyyəyə çatıb. Ötən il Çindən ümumi avtomobil ixracı 5,26 milyon avtomobilə və ya təxminən 102 milyard dollara çatıb.