Çinli iş adamı Zhang Li Birləşmiş Ştatlarda rüşvətxorluq ittihamı ilə Böyük Britaniyada həbs edilib. Bu barədə hafta.az Bloomberg-ə istinadən xəbər verir.
İş adamı müqavilələrin bağlanması üçün rüşvət verdiyinə görə ABŞ-da axtarışa verilmişdi. Sahibkar xüsusilə amerikalı məmur üçün ziyafət təşkil etməkdə və onun oteldə qalması üçün pul ödəməkdə ittiham olunub.
Şirkət ortaq sahibinə qarşı iddiaları yalan adlandırıb.
Zhang Li noyabrın 30-da saxlanılıb. Hakim onu rekord məbləğdə 15 milyon funt-sterlinq (18,4 milyon dollar) girov müqabilində azadlığa buraxıb. İş adamı Londonda təhlükəsizlik və kameraların nəzarəti altında ev dustaqlığında olacaq. O, ABŞ-a ekstradisiya ilə bağlı dinləməni gözləyir.
69 yaşlı Zhang Li Çinin ən böyük əmlak inkişafı şirkətlərindən biri olan Guangzhou R&F Properties-in həmtəsisçisidir. Forbes onun sərvətini 2,2 milyard dollar qiymətləndirir.