“COVID-19” pasportuna görə 47 nəfər toya buraxılmadı

10:47 24.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 23-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 143 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, monitorinq 142 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 47 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.