Yazını böyüt
Yazını kiçilt
Vətən müharibəsində yaralanan və müalicə alarkən xəstəxanada tanış olduğu tibb bacısı ilə evlənən qazi Rüstəm Əhmədli də bu gün Zəfər yürüşündə ailəsi ilə iştirak edib.
Müharibə zamanı tibb bacısı kimi Ağcəbədi Rayon Xəstəxanasında yaralı əsgərlərə kömək edən Esmira Paşayeva ilə ailə həyatı quran qazinin övladı dünyaya gəlib. Onlar bu gün körpələri ilə birgə yürüşə qatılıblar. (Qafqazinfo)