DİN: İmişlidə istintaq olunan şəxslər vəkillə təmin ediliblər

14:51 19.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, başlanmış cinayət işi ilə əlaqədar istintaq olunan şəxslər vəkillə təmin edilib. İstintaqın obyektiv aparılması üçün qanunamüvafiq tədbirlər görülür.