DİN Bakıda manyakla bağlı yayılan görüntüləri araşdırır

12:25 18.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi (DİN) naməlum şəxsin məktəbli qızı oğurlamağa cəhd etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.


Hafta.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev  bildirib ki, hadisə araşdırılır.

Onun sözlərinə görə, hadisə barədə tezliklə ictimaiyyətə ətraflı məlumat veriləcək.
 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videogörüntüdə naməlum şəxs azyaşlı qızı başqa istiqamətə aparmağa cəhd edir. Azyaşlı isə buna etiraz edərək, həmin şəxsin əlindən çıxaraq mağazaya daxil olur.

Məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu 93 saylı tam orta məktəbin yaxınlığında baş verib.