Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 651 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 872 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 70 nəfərdir.
Ölkədə son sutka ərzində 3 861, hazırkı dövrədək isə 6 842 319 test aparılıb.