Daha 2 məktəbdə əyani dərslər bərpa olundu

12:10 30.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının 79 və 185 nömrəli tam orta məktəblərində əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən hafta.az-a verilən məlumata görə, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.