Daha 5 terrorçu zərərsizləşdirilib

11:35 25.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı “Fərat Qalxanı” və “Barış Pınarı” əməliyyat bölgələrində PKK/YPG-nin təsbit edilən 5 terrorçusunu zərərsizləşdirib.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Milli Müdafiə Nazirliyi Twiterdə belə qeyd edib:

“Terrorçular üçün qaçacaq yer yoxdur, heç bir yer onlar üçün təhlükəsiz olmayacaq”.