Daha bir məktəb əyani tədrisə qayıdıb

14:00 21.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtdakı Məktəb-Lisey Kompleksində əyani dərslər bərpa edilib.

Bu barədə hafta.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Belə ki, məktəb-liseyin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - məlumatda deyilir.

Oxunma sayı 83