Daha bir məşhur rus blogger federal axtarışa verilib

14:27 08.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı bloger Kamikadze Di* federal axtarışa verilib. Bu barədə “Kommersant” Rusiya Federasiyası Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Agentliyin məlumat bazasına əsasən, əsl adı Dmitri İvanov olan bloger Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddələrindən biri ilə axtarışdadır. Lakin orada daha ətraflı məlumat verilmir.

Bundan əvvəl məlum olub ki, İvanova qarşı Rusiya Silahlı Qüvvələri haqqında saxtakarlıqlara görə cinayət işi başlanıb. Sentyabrın 23-də Ədliyyə Nazirliyi bloqqeri xarici agentlər siyahısına əlavə edib.

Oxunma sayı 1394