Daha bir ölkə Rusiyaya yumurta tədarük etməyə hazır olduğunu açıqlayıb

19:49 06.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran ixracatçıları Rusiyaya toyuq yumurtası tədarük etməyə hazırdırlar. İslam Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin ticarət attaşesi Rəhimi Mohsen bildirib ki, bu seqment iki ölkə arasında qarşılıqlı fəaliyyət üçün yaxşı imkanlar açır. Onun sözlərini Prime sitat gətirir.

Hazırda Rusiyaya yeməli toyuq yumurtasının əsas ixracatçıları Belarus, Azərbaycan və Türkiyədir. 2024-cü il yanvarın 1-dən yanvarın 26-dək Türkiyə tədarükçüləri Rusiya Federasiyasına 2,2 milyon ədəd, Azərbaycandan isə 4,5 milyon ədəd göndərib.