Daha bir sığorta agentliyinin lisenziyasının qüvvəsi dayandırıldı

18:00 27.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankı (AMB) “Agents Tim” MMC-yə verdiyi sığorta agenti lisenziyasının qüvvəsini 3 ay müddətinə dayandırıb.

Bu barədə hafta.az-a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar dekabrın 26-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.

Lisenziyaların qüvvəsi verilmiş təqdimat vaxtında və tam yerinə yetirilmədiyi üçün dayandırılıb.